Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri -FOTOLAR

Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri - FOTO  - VİDEO
Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri yayılıb.

Yenixeber.org: Dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstandan keçməklə dekabrın 19-da Ermənistana çatdırılıb.

Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam