Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Nazir müavini: Təəssüf ki, təhsil prosesində mənəvi-əxlaqi dəyərlərə lazımi səviyyədə diqqət yetirilmir

 

Bəzən sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar radikallığa və ektremizmə gətirə bilər.

Yenixeber.org xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda çıxışında deyib.

O bildirib ki, dini zorla təbliğ etmək düzgün olmaz:

"Dinlə bağlı son dövrlər sosial şəbəkələrdə çox məlumatlar yayılır. Bir tərəfdən bu məlumatlar insanları maarifləndirirsə, bəzən də radikallığa və ektremizmə gətirir. Belə halda təhsil öz rolunu oynayır. Təəssüf ki, bu gün təhsil prosesində maddi elementlərə üstünlük verilsə də, mənəvi komponentlərə, mənəvi-əxlaqi dəyərlərə lazımi səviyyədə diqqət yetirilmir. Halbuki təhsilin əsas məqsədlərindən biri məhz bu dəyərlərin gənc nəslə aşılanması olmalıdır. Bu, pedaqoji yanaşmalar baxımından son dərəcə vacib məsələdir. Təhsil perspektivlərində mənəvi və əxlaqi dəyərlərə xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki biz gələcəyimizi milli-mənəvi dəyərlərə söykənən gənclər üzərində qurmalıyıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam