Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Peşə məktəblərinin direktor vəzifəsinə işə qəbulun nəticələri elan olunub

 

2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Yenixeber.org: Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə təhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinə təyinatı həyata keçirilib.

Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə bilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalı vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə nömrəsi qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28 dekabr saat 18:00-da başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam