Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

“Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsinin Bakı Texniki Kollecində təqdimatı keçirildi

“Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsinin  Bakı Texniki Kollecində təqdimatı keçirildi

İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində iki qardaş ölkə Azərbaycan və Özbəkistan arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı ədəbi əməkdaşlığın inkişafı və xalqlarımızın dostluq münasibətlərinin daha da dərinləşdirilməsi məqsədilə geniş təqdimat tədbiri keçirilib.

Tədbir Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində baş tutub. Təqdimatda ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, yazıçılar və media təmsilçiləri iştirak ediblər.

Layihə çərçivəsində Azərbaycan və Özbəkistan şairlərinin şeirlərini özündə birləşdirən ikidilli ədəbi kitab nəşr olunub. Kitabda hər iki xalqın poeziyasının bədii zənginliyi və dostluq ruhunu əks etdirən nümunələr toplanıb. Nəşr həm Azərbaycan, həm də Özbək dillərində tərtib edilib və oxuculara hər iki ədəbiyyatın dil və duyğu gözəlliyini bir arada hiss etməyə imkan yaradır.

Təqdimat zamanı çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu təşəbbüs ədəbiyyat vasitəsilə xalqlar arasında mənəvi körpü yaradır, mədəniyyətlərarası dialoqu gücləndirir və yeni nəsil gənc yazarların beynəlxalq ədəbi müstəviyə çıxışına şərait yaradır.

Bu layihə iki ölkənin ortaq ədəbi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni addım kimi dəyərləndirilir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam