Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Rəşad Tağıyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

Faktla bağlı cinayət işi başlanıb. Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam