Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb- FOTO

  

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.

Yenixeber.org verir ki, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.

“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi”, - deyə Sahibə Qafarova bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam