Türkiyə bankına yerləşdirilən bu əmanətlərin sahibləri böyük risklə üz-üzədir.
Yenixeber.org: Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "Ziraat Bank"ı müştərilərindən topladığı dollar əmanətlərini risk altına qoyur. Belə ki, banka yerləşdirilən dollar depozitləri Əmanətlərin Sığortalanması Fondu (qısaca - ADİF) tərəfindən sığortalanmır.
ADİF xarici valyutada yerləşdirilən əmanətlər üçün sığorta faizini ən yüksək 2.5 faiz həddində müəyyən edib. Buna baxmayaraq Türkiyənin bankı bu faizi aşaraq əmanət kimi qəbul etdiyi dollarları 3.25 faizədək qəbul edir. Nəticədə banka əmanət edilən dollar əmanətləri sığortadan kənar qalır.(kommersant.az)