Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eşqi Bağırov icra başçısı olacaq?

Eşqi Bağırov icra başçısı olacaq?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb.

Yenixeber.org: Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Eşqi Bağırovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Bununla yanaşı, Eşqi Bağırov haqqında yeni iddialar da ortaya çıxıb.

Belə ki, onun yaxın günlərdə Bakı şəhərinin rayonlardan birinə icra başçısı təyin olunacağı barədə xəbərlər dolaşır.

İddialarda bu rayonların Nəsimi, Səbail və ya Binəqədi ola biləcəyi yer alıb.

Qeyd edək ki, hazırda Səbail Rayon İcra Hakimiyyətinini başçısı Vuqar Zeynalovdur. O,Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi RİH-ə isə Elxan Allahverdiyev başçılıq edir. E.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə başçı vəzifəsinə təyin edilib.

Nəsimi rayon İcra Hakimiyyətinini başçısı vəzifəsi isə boşdur. Belə ki, sabiq başçı Asif Əsgərov 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.(bakıvaxtı.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam