Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əli Nağıyev MDB təhlükəsizlik qurumlarının 57-ci iclasında-FOTOLAR

 

Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasın əsas mövzusu MDB regionunda beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin aparılmasına həsr olunub.

Həmçinin, tədbirdə MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və vəzifələr barədə ətraflı müzakirələr aparılıb.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam