Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Məktəblərdə şagird sıxlığı:Siniflər hansı hallarda birləşdirilir?

 

Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Valideynlərin isə müzakirə etdiyi əsas məsələlərdən biri siniflərdə şagird sıxlığıdır. Ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi hansı meyarlara əsasən həyata keçirilir? Şagirdlərin sayına görə hansı normativlər mövcuddur?

Yenixeber.org-un məlumatına görə, mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir:

“Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda sinif mövcud şagird sayı ilə təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinif ilə birləşdirilərək komplekt siniflər təşkil olunur”. (Mənbə: “Azərbaycan müəllimi”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam