Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ-də Media Aktı qüvvəyə minib

 

Avqustun 8-dən Avropa İttifaqında (Aİ) Avropa Media Azadlığı Aktı (EMFA) qüvvəyə minib.

Yenixeber.org-un məlumatına görə, Avropa Komissiyasının bəyanatında bildirilir ki, EMFA media şirkətləri, jurnalistlər və vətəndaşlar üçün bir çox üstünlükləri təmin edəcək.

Lakin bir çox ekspertlər hesab edirlər ki, bundan çox şey gözləmək lazım deyil, siyasətçilər də ayrı-ayrı ölkələrin hökumətləri tərəfindən onun icrasına şübhə ilə yanaşırlar.

Akt 2024-cü il mayın 7-dən qismən qüvvədədir, lakin avqustun 8-dən bütün Aİ dövlətləri tərəfindən icrası məcburi olub.

"EMFA Aİ-nin daxili bazarı çərçivəsində media azadlığını, müstəqilliyi və plüralizmi gücləndirmək üçün hazırlanıb. O, jurnalistlərin daha etibarlı müdafiəsini təmin edir, ictimai medianın adekvat maliyyələşdirilməsini və redaksiya müstəqilliyini təmin edir, böyük onlayn platformalar tərəfindən media kontentinin əsassız silinməsinin qarşısını alır və Avropa Media Xidmətləri Şurasını təsis edir", - AK-nın bəyanatında deyilir.

Təhlükəsizlik, demokratiya və texnoloji suverenlik üzrə Avropa komissarı Henna Virkunenin sözlərinə görə, jurnalistlər casus proqram təminatı və mənbələrinin açıqlanmasına qarşı daha etibarlı müdafiə əldə edəcəklər.

Avropa Parlamentinin deputatı Diana Riba EMFA-nı "demokratik qələbə" hesab edir. Onun sözlərinə görə, ilk dəfə olaraq Aİ vətəndaşlarına "azad və plüralist məlumata" çıxış qanunvericiliklə təmin edilib. Lakin o, bunun heç vaxt icra edilməyəcək tarixi bir qanun olacağı riski ilə bağlı xəbərdarlıq edib.“Liberties” təşkilatı bir neçə Aİ dövlətinin bu sənədi tətbiq etməyə ya hazır olmadığı, ya da istəmədiyi barədə həyəcan təbili çalır. Ribanın fikrincə, Aİ-də ictimai medianı təbliğat maşınlarına çevirən və jurnalistlərə qarşı casus proqram təminatından istifadə edən hökumətlər var.

Avropa Parlamentinin deputatları Visent Marza və Ana Miranda Ribanın fikrini bölüşürlər. Onlar AK-nı qanunun icrasını fəal şəkildə izləməyə çağırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam