Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mühit mən istədiyim kimi deyil -77 yaşlı Rasim Balayev

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan kinosunun canlı əfsanəsi, Xalq aristi Rasim Balayevin 77 yaşı tamam olur. 

Yenixeber.org: “İnsan bu yaşdan sonra özünə nə arzulaya bilər? Bundan sonra nə yaşayacağamsa, Allah sağlam ömür versin”- deyə o bildirib.

Xalq aristi qeyd edib ki, bu günlərdə kino mühiti daha fərqlidir.

“Görürəm ki, mühit mən istədiyim kimi deyil. Ovaxtkı adamların işə qarşı fədakarlığı, vurğunluğu indi yoxdur deyə gələcəklə bağlı nəsə demək olmur.  Əvvəllər insanlar pula fikir vermirdi, əsas o idi ki, hamı işin sevirdi, can yandırırdı. Arzu edirəm ki, o vurğunluq geri qayıtsın, bizim kinomuz yenidən dirçəlsin”.

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub və hələ gənc yaşlarından sənətə böyük maraq göstərib. 1970-ci illərdə kinoya gəlişi ilə Azərbaycan ekran sənətində yeni bir nəfəs yaradan Balayev “Nəsimi” filmindəki möhtəşəm ifası ilə böyük şöhrət qazanıb. Ardınca “Babək”, “Dədə Qorqud”, “Qatır Məmməd” kimi tarixi və dramatik ekran əsərlərində yaratdığı dərin, emosional və xarakterik obrazlarla milli kinematoqrafiyamızın yaddaşına həkk olunub.(Moder.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam