Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Azərbaycanda elektrik enerjisinə tələbat tarixi sərhədi aşıb

 

Avqustun 6-da saat 15.00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat olub.

Yenixeber.org: Bu barədə “AzərEnerji” ASC-dən məlumat yayıb.

Bildirilib ki, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Hazırda “AzərEnerji” nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam