Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

XİN: Bu il ərzində Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb

 

Bəzi penitensiar müəssisələrdə İran vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın XİN-in mətbuat katibi İsmayıl Bəqainin ölkəsinnin Azərbaycanda həbsdə olan vətəndaşları ilə bağlı iddialarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər:

"Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb. Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 İran vətəndaşı arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə iyulun 31-də baş tutub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam