Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lerikdəki yanğınların səbəbkarı tutuldu -Biri uşaqdır+Rəsmi

lerikdeki-yanginlarin-sebebkari-onlar-imis

İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.

Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb. 

Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.

M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam