Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda “Mc Donalds”da salatdan ilbiz çıxdı

 

 

 

Bakıda Nizami küçəsində yerləşən "Mc Donalds” məhkəməyə veriləcək. 

 

    Buna səbəb "Mc Donalds”da qida məhsulunun içindən ilbiz çıxmasıdır. 

    "xeberinfo.com": Hadisə ilə bağlı həmin məkanın daimi müştərilərindən biri bildirib. Məlumata görə, bu gün təxminən 11:30 radələrində "Mc Donalds”a daxil olaraq "Sezar" salatı və "Qamburger" sifariş edib: "Salatı yeməyə başlamışdım ki, gördüm içində ilbiz var. Əlbəttə ki, bu barədə inzibatçıya şikayətimi bildirdim. O, isə gülə-gülə dedi ki, belə şeylər olur və buna qarşı heç nə edə bilmərik. Mən bu münasibətə görə, ona narazılığımı bildirdim ki, axı buna görə sizdə problem yarana bilər. Məsul şəxs isə cavabında dedi ki, gedin kimə istəyirsiz şikayət edin - görək kim bizə nə edə bilər?!". 

     Salatından ilbis çıxan vətəndaş ona dəyən maddi və mənəvi ziyana görə “Mc Donalds”ı məhkəməyə verməkdə israrlıdır.  “Mən hadisəyə biganə qalmayacam. Məsələni ictimailəşdirməliyik ki, vətəndaşa qarşı bir də belə hörmətsizlik olmasın. Hazırda mən onları məhkəməyə verməyi düşünürəm. Əgər qarşı tərəf bunu inkar etsə, onda təhlükəsizlik kamerasını açılmasını tələb edəcəyəm. Orda başıma gələn hadisələr lentə qeydə alınıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam