Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Mikayıl Cabbarov: "Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür"

 

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir.

Yenixeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin artımı üzərində qurmayıb: “Azərbaycan regionda sabitlik faktorudur. Ticarət fəaliyyəti bizim üçün çox önəmlidir. Lakin enerji sahəsində biz ticarət edən deyil, hasilat həyata keçirən ölkəyik. Bu baxımdan, biz qiymət sıçrayışlarından deyil, daha proqnozlaşdırıla bilən və dayanıqlı bazar şəraitindən faydalanırıq. Enerji qiymətlərindəki artım Azərbaycanın mövqeyini fundamental olaraq dəyişmir. Makroiqtisadi və makrofiskal vəziyyətimiz çox güclüdür”.

M. Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 %-nə bərabərdir: “Hazırkı şəraitdə dövlətin əsas vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışını təmin etməyə, şəhər və kəndlərin infrastrukturunun qurulmasına yönəldilib. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və sabit olması istiqamətində qətiyyətliyik”.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı gün - xüsusilə İsrailin İrana zərbə endirdiyi tarixdə - dünya bazarında “qara qızıl”ın əsas növləri olan “Brent” və WTI markalı neftin qiymətləri 13 %-dən çox artıb. "JPMorgan" analitiklərinin fikrincə, əgər Hörmüz boğazı bağlanarsa, neft qiymətləri 70 % artaraq bir barel üçün 100 ABŞ dolları, hətta 150 ABŞ dolları həddinə çata bilər.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Son ticarət məlumatlarına əsasən, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 dollar və ya 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin avqust fyuçersləri isə 69,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam