Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"ANS-i 256 min manat cərimələyə bilərdik"

 

"ANS ÇM radiosunun monitorinqi zamanı 45-dən artıq qanun pozuntusu qeydə alınsa da, Milli Televiziya və Radio Şurası bunlardan yalnız 26-sı barəsində inzibati protokol tərtib edib".
 

Xeberinfo.com: Məlumata görə, bunu Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, radionun yayımının monitorinqi zamanı qeydə alınan qanun pozuntuları ilə bağlı dəfələrlə ANS ÇM-ə xəbərdarlıq olunsa da, şirkət qanun pozuntularına son qoymayıb: "Dekabrın 7-də yayımda 10-dan çox qanun pozuntusu qeydə alındı və dekabrın 8-də bununla bağlı şirkətə pozuntulara görə 5 min manat məbləğində cərimə ilə bağlı xəbərdarlıq olundu. Buna baxmayaraq, dekabrın 9-da proses təkrarlandı. Bu dəfə 7 min cərimə ilə bağlı xəbərdarlıq protokolu göndərildi. Pozuntular davam etdiyinə görə, nəhayət, üçüncü dəfə qanun pozuntusunda ANS ÇM-in cəriməsi 8 min manata yüksəldi və nəticədə şirkət 161 min manat cərimə olundu".
 

MTRŞ rəsmisi qeyd edib ki, monitorinq ərzində radioda qeydə alınan qanun pozuntularının hər biri nəzərə alınsaydı, o zaman şirkət daha 95 min, ümumillikdə 256 min cərimə oluna bilərdi.
T.Dadaşov deyib ki, yayımçının monitorinqdən əvvəlki dövrlərdə də reklam yayımı ilə bağlı qanunun tələblərini pozması halları müşahidə olunub. Amma radiokanala güzəşt olaraq bu pozuntularla bağlı tədbir görülməyib: "Əgər əvvəlki dövrlərlə, yəni 7 dekabr 2015-ci il tarixdən əvvəlki dövrlə bağlı da inzibati tədbir görülsəydi, cərimələr daha böyük olardı".

 

O əlavə edib ki, əslində, bu, kanalın öz işidir, amma monitorinqdən əvvəlki dövrlərdə qanunu pozaraq efirə yerləşdirilmiş reklam bloklarının hesabına və monitorinq dövrü üçün edilmiş 95 min manat güzəşt kanalın cərimələri ödəməsində böyük yardımçı ola bilər.
 

"Ümumiyyətlə, ANS ÇM-in efirində uzun müddət ərzində kütləvi qanun pozuntuları olub. Belə ki, reklam blokları arasında məsafə qısaldılmaqla reklam bloklarının sayı artırılıb. Əslində, radionun efirində reklamın ümumi həcmi çox olmayıb. İstəsəydi, kanal reklamın bir blokdakı həcmini artırmaqla, yəni blokun həcmini artırmaqla intervalları qanuna uyğun şəklə sala bilərdi. Burada ciddi proqramlaşdırma səhvi olub. Həmçinin, reklam bloklarının həcminin qısalığı ilə bəzən kanallar reklam verənləri daha yaxşı cəlb etmək niyyəti güdə bilirlər. Birİ var 5-6 dəqiqəlik reklam blokları 15 dəqiqəlik intervaldan bir verəsən, biri də var 1-2-3 dəqiqəlik blokları 7-8-9 dəqiqədən bir verəsən. Reklam verənlər üçün bu, cazibədar olsa da, ictimaiyyətin maraqlarına və qanuna ziddir", - deyə T.Dadaşov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam