Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTRŞ-la ANS arasında daha bir qalmaqal

 

“Radionun direktorunu cəzalandırsınlar”

“ANS-in bəzi başbilənləri yenə öz amplualarındadı. Yol verdikləri səhvləri, qanun pozuntularını boyunlarına alıb, utanmaq, həya eləmək “bir də olmaz” deyib cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan MTRŞ-ni qınamağa başlayıblar”.

Xeberinfo.com:   Məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının şöbə müdri Təvəkkül Dadaşov ANS ÇM-in direktorunun “Günəşli” yatağında baş verən hadisə ilə bağlı elan olunan matəm günü “nə etmək lazım olduğunu MTRŞ-dan soruşmaq istəyirdik, orada heç kimi tapmadıq, heç kim cavab vermədi” fikrinə münasibətində deyib. Onun sözlərinə görə, ANS rəhbərliyi bu açıqlamaya görə əməkdaşını cəzalandırmalıdır: “Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin. Nə məqsədlə? Əslində bu adama cavab vermək artıq işdir. Çünki bir adam ki, neçə ildir radio direktorudur, amma hələ də radio haqqında qanunvericiliyin elementar tələblərini bilmirsə və bilməməyi bir yana, heç olmasa bunu pərdələməyə də cəhd eləmirsə, əksinə danışdığı hər kəlməsində özünü biabır edirsə, beləsinə nə deyəsən. Məncə, ANS-in lap yuxarı rəhbərliyi bu açıqlamasında dediyi fikirlərə görə onu cəzalandırmalıdır. Çünki necə yəni, sən hələ öz sahəni tənzimləyən qanunları bilmirsən, bununla da radionun nüfuzuna xələl gətirirsən, radionu potensial maliyyə sanksiyaları ilə qarşı-qarşıya qoyursan. Hələ bir utanmadan da dövlət qurumunu ittiham edirsən? Deməli, gözləyirsən ki, MTRŞ sənə zəng edib hər dəfə qanunun bir maddəsini xatırlatsın?”.

T.Dadaşov qeyd edib ki, ümumiyyətlə ANS-də TV və radio yayımı sahəsində qanunvericiliyi hələ indi öyrənməyə başlayıblar. O, hesab edir ki, ANS ÇM radiosunun direktorunun özündən böyük danışmağında MTRŞ-ın da günahı az deyil: “Çünki gərək onun müdiri olduğu radioda yol verilən hər qanun pozuntusuna görə şura 8 min cəza verəydi. Onda bilərdilər dövlət qurumu ilə danışmağın tərzini. Yəqin həmin direktor hələ onu da bilmir ki, MTRŞ-nin reklam pozuntusuna görə cərimə eləmək səlahiyyəti var. Bilmirsə, ANS TV-nin proqram direktoru Sevda Həsənovadan soruşsun. ANS ÇM-in direktoru deyir ki, proqram setkasında dəyişikliyi 6 saata etmək mümkündür. Bəs, matəm rəsmən saat 13-də elan olunubsa (əslində AZTV matəmi saat 11.07-də elan etmişdi), setka niyə saat 19.00-a kimi dəyişilmədi və hətta saat 21-dək reklamlar yayımlanır və matəm günü ilə bağlı qanunun tələblərini pozulurdu?”.

MTRŞ rəsmisi vurğulayıb ki, şura son toplantıda tövsiyə verməklə kifayətlənib: “Yayımçıların “Günəşli” neft yatağının 10-cu platformasında baş verənləri işıqlandırarakən, cəmiyyəti məlumatlandırarkən çəkdiyi zəhməti, şou-proqramları dayandırmalarını və s. müsbət hal kimi dəyərləndirdi. Yəni, qurum situasiyanı nəzərə alıb yumşaq davrandı. Lakin bunun müqabilində dövlət qurumuna qarşı hörmətsizlik eləmək, yersiz ittihamlar irəli sürmək, nədənsə yalnız ANS-in ağlına gəldi. Bu ölkədəki bütün TV-lərdən fərqli olaraq ANS hadisə ilə bağlı bütün məlumatları dərhal tamaşaçıya çatdırırdı” kimi fikirləri isə digər kanallara hörmətsizlikdir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam