Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu

 

Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org-un məlumatına görə, söhbət iki yeniyetməyə qarşı cinsi zorakılıq etməkdə ittiham olunan X.A-dan gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.A 19 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.

O, intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə təqsirli bilinib. Bu maddələrin sanksiyasının ən yuxarı həddi 20 ildir.

Qeyd edək ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.

Başına gətirilənlərə dözməyən yeniyetmələrdən biri özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb. Cinayətin üstü elə bu intihardan sonra açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam