Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək

  

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Müsabiqədə iştirak edən namizədlərlə test imtahanı iyul ayının 13-də keçiriləcək.

Yenixeber.org: Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək və saat 11:00-da başlanacaq.

Məlumat verildiyi kimi, test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. İmtahana buraxılış vərəqəsini DİM-in rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.

Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.

İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər https://justice.gov.az/categories/190 linkinə daxil olaraq tanış ola bilərlər.

Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatları nazirliyin rəsmi saytı, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam