Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Yeni dərs ilində məktəb formaları dəyişəcək? -RƏSMİ

Mediada yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişəcəyi və qiymətləri ilə bağlı müxtəlif müzakirələr gedir.

Yenixeber.org xəbər verir ki, bu mövzuya aydınlıq gətirmək üçün "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib.

E. Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

O bildirib ki, məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bunu dəyişmək səlahiyyəti yoxdur.

“Yeni forma təqdim olunduqda, əvvəlki dizaynlar da ləğv olunur. Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə edilən formalar eyni standartlara əsaslanıb. İndiki dizaynda da hər il dəyişiklik edilmir”.

Qiymətlərlə bağlı suallara cavab olaraq, Etibar Əzimov qeyd edib ki, keçən il qiymətlərdə 20 faiz endirim olunub: 

“Formalarımız 100% pambıqdan hazırlanır və təbii parçalardan istifadə olunur. Bazarda isə digər formalarda sintetik qarışıqlar daha çoxdur. Buna görə də bizim qiymətlərimiz minimal səviyyədədir və keyfiyyətə uyğun müəyyən olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam