Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəbul imtahanında “əvəzçi” oyunu ifşa edildi –DİM ciddi tədbirlər görəcək

 

Dövlət İmtahan Mərkəzi ötən gün ilə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirib.

Yenixeber.org-un məlumatına görə, 50 mindən çox abituriyentin qatıldığı imtahan zamanı iştirakçılardan biri əvəzinə başqa bir şəxsi göndərməyə cəhd edib.

Lakin nəzarətçilərin çevik reaksiyası bunun həyata keçməsinə imkan verməyib. DİM-in əməkdaşları tərəfindən saxtakarlıq edən şəxs yerindəcə müəyyən olunaraq imtahan zalından uzaqlaşdırılıb.

Bildirilib ki, məsələyə dərhal hüquqi qiymət veriləcək və həm öz yerinə başqasını göndərməyə cəhd edən abituriyent, həm də onun yerinə gələn şəxs barəsində araşdırma aparılacaq.

Qeyd edək ki, qayda pozanların nəticələri tamamilə ləğv olunur və onlar ikinci cəhd imtahanına buraxılmırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam