Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad olunandan sonra onun nazirlikdə “şəxsi sədaqət” prinsipi əsasında yaratdığı şəbəkə də ifşa edilməyə başlayıb. Nəticədə sabiq nazirin cinayətlərinə şərik olan, bu cinayətlərdə birbaşa iştirak edən xeyli MTN əməkdaşı işdən qovulub, yaxud məsuliyyətə cəlb olunub.

Xeberinfo.com:  Məlumata görə, bu barədə araşdırmaçı-jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu gün dərc olunmuş məqaləsində deyilir.

E.Fətullayev yazır ki, “MTN-in yeni rəhbərliyi şəhərin mərkəzində yaradılmış bu Avgi tövləsini yerlə-yeksan etmək üçün aylarla, hətta illərlə əziyyət çəkməli olacaq”.

Sabiq nazirin böyük bir nazirliyi az qala şəxsi cəza aparatına çevirdiyini yazan E.Fətullayev məqaləsində maraqlı bir faktı da açıqlayıb. Jurnalistin yazdığına görə, ölkənin milli təhlükəsizlik sistemində Eldar Mahmudovun nə az, nə çox - düz 80 qohumu, yaxını və dostu işləyirmiş. Onların hamısının artıq nazirlikdən qovulduğunu bildirən E.Fətullayev bu qənaətə gəlir ki, nazirliyi özünə yaxın sədaqətli adamlardan ibarət cəza aparatına çevirmiş E.Mahmudovun burada əsas məqsədi dövlətin maraqlarını və təhlükəsizliyini yox, öz şəxsi imperiyasını qorumaq olub.

E.Mahmudovun cinayətlərinin sivil dünyada analoqunun olmadığını vurğulayan jurnalist xüsusi xidmət orqanlarının bu cür kriminallaşması hallarına yalnız bəzi Afrika və Latın Amerikası ölkələrində rast gəlindiyini yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam