Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İlqar Əliyevin əlində ciddi informasiyalar olub"

Sulheddin

Məlum olduğu kimi, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev dekabrın 20-də intihar edib. O, cəza çəkdiyi kamerada özünü asıb.

Xeberinfo.com:   Məsələ ilə bağlı keçmiş MTN-çi Sülhəddin Əkər bildirib ki, İ.Əliyevin intihar olayı araşdırılmalıdır:“Araşdırılma aparılmalıdır ki, İlqar Əliyev olayında zorlanma var, yoxsa, öldürülüb və sonradan asılmadır? İlk növbədə bu aydınlaşdırılmalıdır. Əgər gerçəkdən də intihar, özünə qəsd varsa, bunun səbəbi nədir? Hansı ciddi səbəb olub ki, o özünə qəsd edib? Hələlik işin bütün halları ilə tanış deyilik. Gərək, hadisə yerindən hüquq müayinəsi olsun”.

Sabiq MTN-çi hesab edir ki, İ.Əliyevin istər qurumda tutduğu vəzifəyə, istərsə də şəxsi əlaqələrinə görə geniş imkanları olub: “Və böyük ehtimalla onun əlində ciddi informasiyalar olub. Məlumat təhlükəli bir şeydir. O insana həm güc verir, eyni zamanda onun əleyhinə işləyir”.

Xatırladaq ki, mərhum polkovnik barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam