Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MTN işi” ilə bağlı ilginc təfərrüatlar

 

Eldar Mahmudov və dəstəsi iki həftə izlənilib; Qurumun həbsdə olan polkovniki kamera yoldaşına xəsarət yetirib; İlqar Əliyevin ailəsi onun intihar etdiyinə inanmır

Xeberinfo.com:   “MTN işi” ilə bağlı “Azadlıq”a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldar Mahmudov və onun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) dəstəsi sıradan çıxarılmamışdan iki həftə əvvəl nəzarətə götürülüb. Həmin müddətdə Eldar Mahmudov başda olmaqla onun dətəsinin üzvlərinin telefon danışıqları dinlənilib, hərəkət trayektoriyaları nəzarətə alınıb, dəstənin üzvlərinin demək olar ki, hər biri gizli müşahidə altında olub.

Bildirilir ki, bütün bunlara nəzarəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev nəzarət edib. Iki həftəlik dinləmə-izləmədən sonra dəstənin zərərsizləşidirilməsi ilə bağlı göstəriş verilib.

***

Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, “MTN işi”nə görə həbsdə olan qurumun polkovniklərindən biri saxlanıldığı kamerada dustaq yoldaşına xəsarət yetirib. Bildirilir ki, onun kamera yoldaşı keçmiş polis əməkdaşı olub. Onlar arasında mübahisə yaranıb. Mübahisənin səbəbləri bizə bəlli deyil. Mübahisə nəticəsində MTN polkovniki kamera yoldaşının üzünə qaynar su töküb. Həmin şəxs ağır yanıq xəsarəti ilə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. MTN polkovniki barədə isə cinayət işi başlanıb.

***

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik Ilqar Əliyevin saxlanıldığı Bakı Istintaq Təcridxanasında (BIT) ölümü ətrafında isə söz-söhbətlər səngimir. Son məlumatlar onu deməyə əsas verir ki, ictimaiyyətin böyük əksəriyyəti kimi polkovnikin ailəsi də onun intihar etdiyinə inanmır.

Ilqar Əliyevin ailəsinə yaxın mənbə “Yeni Müsavat”a deyib ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara da deyiblər. “Ilqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil”, – deyə mənbə bildirib. Əlavə edib ki, ailəsi baş vermiş hadisənin şokundadır: “O, niyə belə edib, bilmirlər. Həbsindən sonra həftədə iki dəfə ailəsi ilə danışıb. Onlara da deyib ki, narahat olmasınlar.

Elə bilsinlər ki, bir ötəri hadisədir. Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni Ilqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, Ilqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”

Mənbə Ilqar Əliyevə təzyiqlər olub-olmamasından ailəsinin xəbəri olmadığını da deyib: “Vəkili Ilqarın atasına deyib ki, belə bir şey olmayıb. Vəkil onunla sonuncu dəfə ölümündən 2 gün əvvəl görüşüb. Həftənin 5-ci günü olub. Həmin görüş zamanı da Ilqar özünü əvvəlki kimi aparıb. Yəni özünü öldürəcəyinə hər hansı işarə vurmayıb.  O, uşaqlarını çox istəyirdi. Özünü öldürəcək qədər bədbin olmayıb. Ölümündən 1 neçə saat əvvəl yoldaşı ilə danışıb. Ona da hər hansı bir işarə verməyib. Özü də bilirdi ki, iş alacaq. Yəni özünü asması üçün ciddi əsas mövcud olmayıb”.

Ilqar Əliyevin ölümündən sonra onun Göyçayda dəfn olunacağı gözlənilirdi. Lakin gözlənilmədən onu Bakıda, “Qurd qapısı” deyilən ərazidəki qəbiristanlıqda dəfn etdilər. Bəs bu gözlənilməz addımı şərtləndirən nə olub?

Mənbə deyib ki, Ilqar Əliyev həbsindən əvvəl özünə qəbir yeri  alıb: “Atası istəyirdi ki, onu Göyçayda – anasının məzarı yanında dəfn etsinlər. Amma həyat yoldaşı razı olmadı. Çünki Ilqar Əliyev həbsindən əvvəl özünə qəbir yeri almışdı. 3 ay əvvəl almışdı, 1 il əvvəl almışdı – bunu dəqiq bilmirəm. Atası Bakıda dəfndə də iştirak etmədi. Ailəsi istintaqın nəticəsini gözləyir. Onun özünü öldürdüyünə inanmırlar”.

***

Bir neçə gün əvvəl isə arqument.az saytı məlumat yaymışdı ki, Ilqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilib. Amma Ilqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə Ilqar Əliyevin intihar xəbəri yayılıb. Sayt daha sonra yazırdı ki, Ilqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumatlara malik olduğu üçün aradan götürülüb: “Ilqar Əliyevin qısa zamanda dəfn edilməsi də olayla bağlı şübhələri artırıb və maraqlı suallar doğurub”.

Ilqar Əliyevin vəkili Rəşad Mehdizadə isə iddia ilə bağlı bunları deyib: “Ilqar Əliyev 2 ay həbsdə olub, bu müddət ərzində də heç kimlə üzləşdirilməyib”.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov da belə bir üzləşmənin olmadığını deyib: “Məlumat həqiqəti əks etdirmir”. Gündəmdə isə polkovnik Ilqar Əliyevin Bakı Istintaq Təcridxanasında (BIT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BIT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. Ilqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanan Əliyevin sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar mövcuddur. Belə ki, Ilqar Əliyevin meyiti BIT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. Manaf Paşayevin Ilqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, Manaf Paşayev Ilqar Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Ilqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma)  və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam