Gədəbəydə kişi qonşusunun evində dəm qazından boğularaq ölüb
Gədəbəy sakini dəm qazından zəhərlənərək ölüb.
Yenixeber.org xəbər verir ki, hadisə rayonun İsalı kəndində qeydə alınıb.
Anar Paşayev qonşusunun evinin hamam otağında çimərkən dəm qazından boğulub.
Faktla bağlı araşdırma aparılır.