Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"MTN öz marağına görə işi DİN-ə vermədi"

mtn_bina_yeni_main_180215

«2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kompüter mütəxəssisi Elçin Abdullayev MTN zabiti Sahib Ələkbərovun qurbanı olub».

Xeberinfo.com:   Məlumata görə,  bunu bu gün mətbuat konfransında vəkil Türkel Süleymanlı bildirib.

Elçin Abdullayev və başqaları kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli biliniblər.

«GUYA TRANSMİLLİ CİNAYƏTKAR QRUP OLUBLAR»

Vəkil Türkel Süleymanlı deyir ki, heç bir zərərçəkən tərəf olmasa da, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb: «Elçin kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Sahib Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib».

«ZƏRƏR VAR, ZƏRƏÇƏKƏN YOX»

Vəkil iddia edir ki, S.Ələkbərov Beynəlxalq Bankın əməkdaşları ilə cinayət əlaqəsinə girərək, bank əməkdaşlarının guya E.Abdullayev və E.Zəkiyevin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini cinayət işinə əlavə edib: «Halbuki, nə istintaq, nə də məhkəmə zamanı Beynəlxalq Bank tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb». (Azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam