Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Beynəlxalq səyyahların Cəbrayıl rayonuna səfəri başlayıb

 

“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində Cəbrayıl rayonuna gəliblər.

Yenixeber.org xəbərə görə, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.

Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib.

O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində vandalizm aktları törədilib. Ermənilər dağıdılan əraziləri pərakəndə şəkildə, heç bir qayda gözləmədən mina və partlamamış hərbi sursatlarla çirkləndiriblər.

Qeyd edilib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti zamanı ərazidən 92 iş günü ərzində cəmi 875 ədəd mina aşkarlanıb və zərərsizləşdirilib. Bunlardan 155 ədədi tank əleyhinə, 720 ədədi piyada əleyhinə, 1 ədədi isə əldəqayırma partlayıcı mina olub. Ərazidən tapılan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu müəyyənləşib.

Sonra "NomadMania" səyyah klubunun üzvləri ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti ilə tanış olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam