Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

AXCP üzvü Gürcüstandakı səfirliklərin birinə sığındı

 

Rəsul Mürsəlov dövlətə xəyanətdə ittiham edilir; AXCP üzvünü ömürlük həbs gözləyir; Rəsul Mürsəlov: “Azərbaycandan elə çıxmışam ki, hətta ailəmlə belə görüşə bilməmişəm”

 

"Xeberinfo.com": AXCP üzvü, keçmiş vicdan məhbusu Rəsul Mürsəlov avqustun 8-də ölkəni tərk edərək, Gürcüstandakı səfirliklərin birinə sığınıb. Bu barədə sosial şəbəkələrdə gənc fəalın özü məlumat yayıb. O, bildirib ki, onunla bağlı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 178 (dələduzluq) maddələri ilə cinayət işi açılıb. 

Dövlətə xəyanət maddəsinin irəli sürülməsinə səbəb kimi, Rəsul Mürsəlovun 1-4 avqust tarixlərində Gürcüstanda keçirilən təlim çərçivəsində ermənilərlə görüşü əsas gətirilib. Dələduzluq maddəsi isə, guya gənc fəalın 2008-ci ildə bankdan 1000 manat kredit götürməsi ilə bağlı irəli sürülüb. 
Musavat.com-a açıqlamasında AXCP üzvü hazırda Gürcüstandakı səfirliklərin birinə sığındığını və ona qarşı cinayət işi açıldığını təsdiqləyib: “Sosial şəbəkələrdə yazılanlar həqiqətdir. Mənə qarşı artıq iki maddə ilə cinayət işi açılıb. Səbəb kimi, Gürcüstanda təlim çərçivəsində ermənilərlə görüş göstərilir. Təlim sülh danışıqları mövzusunda idi. Təlim 1-4 avqust tarixlərində  müharibənin alovlandığı dövrə təsadüf etdi. Gürcüstandan qayıdandan sonra MTN daim məni təqib edirdi. Ailəmi də narahat etməyə başladılar. Açıqca ailəmə deyiblər ki, Rəsula qarşı iki maddə üzrə cinayət işi açılıb”.
Rəsul Mürsəlov ona qarşı cinayət işinin açılmasını siyasi fəallığı ilə əlaqələndirdi: “Yalandan deyirlər ki, 2008-ci ildə guya mən bankdan 1000 manat kredit götürmüşəm. Amma rayon qeydiyyatındayam və heç zaman kredit borcum olmayıb. Ölkədən çıxandan sonra yaşadığım kirayə evinə mülkü geyimlilər gəlib və məni axtarıblar. Hazırda yerimi demək üçün ailəmə basqı edilir. Bütün bunları siyasi fəallığımla əlaqədar olduğunu düşünürəm. Əsas da Gürcüstandakı treninqdə sülh haqqında danışmağımdır. Hakimiyyət isə sülh istəmir. Treninqdə erməni nümayəndələrinə öz ölkələrində sülhü təbliğ etməyi, eləcə də, öz ölkəmdə sülhü təbliğ edəcəyimi demişdim”.
Gənc fəal ölkəyə qayıdacağı təqdirdə ömürlük həbslə üzləşəcəyini də qeyd etdi: “ Hazırda təhlükəsizlik baxımından yerimi deyə bilmərəm. Yaxın günlərdə qəti qərarımı verəcəm. Burada səfirliklərin birinə sığınmışam. Ölkəyə qayıtsam həbs ediləcəm. Bununla da ömürlük həbsdə qalacam. Yəqin ki, Avropaya gedəcəm. Azərbaycandan elə çıxmışam ki, hətta ailəmlə belə görüşə bilməmişəm”.
Qeyd edək ki, əvvəllər Rəsul Mürsəlov ADP-nin üzvü olub. 2012-ci ilin iyulun 18-də Balakəndə tutulub. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Həbsxanada gənc fəal AXCP-yə keçib. Bu ilin yanvarında azadlığa çıxıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam