Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib

 

Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.

Yenixeber.org xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.

Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu deyən təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam