Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məktəbli qızı aldadıb evinə gətirib -Övladları üçün “bacım uşaqlarıdır” deyib...

 

Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Yenixeber.org-un məlumatına görə, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övlad var. 2024-cü ilin əvvəlində boşanan oğlan “snapchat” sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixdə evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda “Şamaxinka” adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 01 radələrində taksi ilə yola düşüb.

Yeniyetmə qız gedərkən “məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz” şəklində məktub yazaraq evə qoyub.

Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa uşaqların Hüseynə məxsus olmasını öyrənib və onlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər.

Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb.

15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam