Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Prezident Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib. 

Yenixeber.org-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli Şəfiqə xanım!

Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.

Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.

Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam