Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Bu dini icmalara pul ayrılıb -RƏQƏMLƏR

 

Rəsmi statistikaya görə, ölkədə ötən il 2000-dən çox məscid fəaliyyət göstərib. Bununla yanaşı, 16 kilsə, 7 sinaqoq və digər dinlərə aid ibadətgahlar mövcuddur. Rəsmi qeydiyyatdan keçmiş 1003 dini icmanın 957-si İslam dininə aid olsa da, xristian, yəhudi, bəhai və krişna icmaları da hüquqi statusa malikdir.

Yenixeber.org xəbər verir ki, hazırda ölkəmizdə 2377 məscid, eləcə də 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Qeydiyyatdan keçmiş dini qurumların sayı ötən il 1003-ə çatıb ki, onların da 957-si İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunub. 2024- cü ildə sadəcə 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın isə qeydiyyatı ləğv olunub.

Onu da qeyd edək ki, Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat məbləğində vəsait ayrılıb.

Fonda ayrılan vəsait 22- si xristian, 2-si bəhai, 1-i sefarad yəhudiləri, 1-i isə krişna olmaqla dövlət qeydiyyatından keçən 26 qeyri-islam dini icması arasında bölüşdürülüb. Fond tərəfindən 2024-cü il ərzində 1180 din xadiminə (imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı), o cümlədən 10 dini icmanın maarifləndirici və sosial layihələrinə maddi dəstək göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam