“Günəşli”də yanğın və axtarışlar davam edir
“Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edir. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilərlə davam etdirilir, dalğıclar gəliblər. Axtarış əməliyyatına FHN-in 1 təyyarəsi və 3 helikopteri cəlb olunub”.
Xeberinfo.com: Məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.
Hazırda axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:
1. Qasımov İman Şura o. 01.12.1967
2. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3. Rzaxanov Edik Rivazin o. 15.01.1983
4. Babazadə Tural Fətəli o. 01.09.1993
5. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8. Abdullayev Adil Ələkbər o. 19,02,1953
9. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12. Niyazov Seyfəddin Abil o. 09.02.1968
13. İskəndərov İnqilab Osman o. 29.11.1957
14. Mayborda Oleq Akimoviç 21.11.1971
15. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
16. İbrahimov Xalid Bəşir o. 12.08.1971
17. Həsənov Zaur Vahid o. 24.12.1975
18. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21. Xəlilov Zaur Arif o. 15.09.1975
22. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
23. Əliyev Əyyub Xəlil o. 22.07.1973
***
“Günəşli” yatağındakı platformada baş vermiş qəza nəticəsində mümkün ekoloji problemlərin və neft dağılmalarının qarşısının alınması üçün tədbirlər görülür.
SOCAR-ın mətbuat xidməti bildirib ki, cümə günü FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Britaniyanın BP şirkətinin nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupunun iclası keçirilib.
İclas iştirakçıları mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələlərini müzakirə ediblər.
Bu məqsədlə “Azerspace” peykindən ərazinin gündəlik çəkilişlərinin aparılması qərara alınıb .
İşçi qrupun üzvləri qəza yerində olublar, əraziyə baxış keçiriblər. Neft dağılmaları müşahidə edilməyib.
Hadisə yerinə neft dağılmalarının aradan qaldırılması üçün müasir texnikaya malik gəmilər çıxarılıb.
Platformada yanğının söndürülməsi davam edir