Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Ulu öndər “Tərəqqi” liseyində də anıldı - FOTOLAR

 

Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib

 

Xeberinfo.com:  Məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, YAP Nərimanov Qadınlar təşkilatının nümayəndələri və liseyin müəllim və şagirdləri iştirak ediblər.

Mərasimdən öncə tədbir iştirakçıları məktəbin foyesində Ulu öndərin anım gününə həsr olunmuş şagirdlər arasında şahmat yarışını izləmişlər.

Azərbaycan Respublikasının himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə liseyin direktoru Məhbubə Məmmədova açaraq Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik, həm də güclü bir Azərbaycan qurmaq uğrunda gördüyü böyük işlərdən danışdı.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik  dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verdi. Natiq qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Daha sonra məktəblilər Ulu Öndərə həsr olunmuş şeyirlər söyləmiş, videoçarxlar izlənilmişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam