Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ulu Öndər Kürdəmirdə anıldı - FOTOLAR

 

          Rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

         

         Xeberinfo.com:  Bu gün YAP Kürdəmir rayon təşkilatının binasında Kürdəmir rayon İcra Hakimiyyətinin və YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”  mövzusunda dəyirmi masa keçirilib.

 

        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.

 

        Dəyirmi masada  rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.

 

        YAP Kürdəmir rayon təşkilatının   akt   zalında  keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

         Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri Sevda Hacıyeva  açdı və  məruzə ilə çıxış etdi. Sevda Hacıyeva   məruzəsində qeyd edib ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır. Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var. Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları olan bir xalqdır. Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və  mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır. Sonra Sevda Hacıyeva  məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışdı. Sevda Hacıyeva bildirib ki, Ümummilli Lider  Heydər Əliyev  müasir Azərbaycan  dövlətinin  memarı  və qurucusudur, Azərbaycan  xalqının  son  min illik  tarixi  ərzində  yetirdiyi ən  böyük tarixi şəxsiyyətlərdən  biridir. Azərbaycanın bugünkü  və gələcək  nəsillərinin Heydər Əliyevin  şərəfli adı və ölməz  ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir  Azərbaycan  dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın  rifahı  naminə  fədakarlıqla  çalışmaq, milli birliyimizə sədaqətlə  xidmət göstərməkdir.

 

      Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının  müavini Vəsilə Əsgərli dəyirmi masa  iştirakçılarını və onların simasında bütün rayon sakinlərini  əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin   anadan olmasının 93-cü ildönümü münasibətilə təbrik edərək  bildirib ki,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  adı xalqımızın tarixinə qızıl  hərflərlə  yazılıb. Bu günlər biz bu əvəzolunmaz  insanın – dahi  şəxsiyyətin anadan olmasının 93-cü ildönümünü  qeyd edirik. Bir daha ötən  dövrlərə  nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti  və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən  dərk etməyə başlayırıq. Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif  xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə  Ulu Öndər siyasətinə  və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.

 

        Çıxışçılardan “Heydər Əliyev dühası” mövzusunda rayon təşkilatının idarə heyəti üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, “Heydər Əliyev və dövlət təhsil siyasəti” mövzusunda şəhər 1 saylı tam orta məktəbin direktor müavini Mehriban Məmmədova,”Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda rayon təşkilatının şura üzvü, Uşaq –İncəsənət Məktəbinin direktoru  Qəndaf  Zülfüqarova məruzə etdilər. Qadınlar Şurasının idarə heyəti üzvü,  Lenin Ordenli, Tərəqqi medallı Sevil Osmanova Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmüşdür. Onlar Ulu Öndər  Heydər Əliyev haqqında, onun həyatı və siyasi  fəaliyyəti, haqqında danışmış,  Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.Onlar vurğulayıblar ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi­­ – müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, ernerjili  və təşəbbüskar şəxsiyyət  kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam