Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nərimanov ictimaiyyəti Ulu öndəri andı - FOTOLAR

 

Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsinin öyrədilməsi ilə əlaqədar xüsusi dərslər keçirilib.

Xeberinfo.com:  Dünən Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Muzeyində Ulu öndər Heydər Əliyevin xatirəsinin anım tədbiri keçirilib.

İlk öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək ölkəmizin dünəni, bu günü və zirvələrə doğru ucalmaqda olan sabahı tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, unudulmaz dahi Öndərimizin adı ilə qırılmaz və əbədi tellərlə bağlı olduğunu qeyd edib.

Natiq qeyd etmişdir ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər Ulu Öndərimizin adı ilə bağlıdır.

İ.Mahmudova dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiq, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd etmişdir.

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən videoçarxı izləmiş, eksponatlar, foto və kitablarla tanış olmuşlar.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam