Redaktor seçimi
Günün xəbəri

Umaru Sisoku Heydər Əliyevin məzarını ziyarət etdi

 

Ölkəmizdə rəsmi səfərdə olan Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Yenixeber.org xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam