Redaktor seçimi
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Sahibkarı belə müflis etdilər –
Teyyub Hüseynovun Türkiyədə 6 milyonluq macərası:
Sabirabadda qazimiz belə təhqir olunub:
BU NƏDİR BELƏ ?: AZAL şefinin ƏR-ARVAD BİZNESİ... -
Günün xəbəri

Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü qeyd edildi - FOTOLAR

 

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.

           

        Xeberinfo.com:  Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan bağçanın foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq, onun əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

            Rayon rəhbərliyi, Milli Məclisin deputatları, nazirlik, komitə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayevaqayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni  ziyalı nəsilləri üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb.

            Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər.O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

            Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin–xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə, Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.

            Qeyd olunub ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan,tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanınqədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağınıdiqqətə çatdırıb.

J.ƏliyevaZərifə xanım Əliyevanın cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etdiyini, bunu onun fədakar ana olmasından irəli gəldiyini vurğulayaraq, Zərifə xanımla Heydər Əliyevin ailəsinin, onların yetişdirdiyi övladların bugünkü gənc ailələrə örnək olduğunu söyləyib.

 

            Tədbirinbədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmiyaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarında xoş təəsüratlar bağışlayıb.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam