Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

DİM-dən abituriyentlərə müraciət: qeydiyyat başa çatır

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.

Yenixeber.orgxəbər verir ki, bu imtahan ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.

İmtahana qeydiyyat bu gün saat 23:59-dək aparılacaq.

Sınaq imtahanı vermək istəyənin ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan veriləcək bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2025-ci il fevral ayının sonunadək olan hissəsini əhatə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam