Zelenski Türkiyədədir
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin paytaxtı Ankaraya səfərə gəlib.
Yenixeber.org: Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə Ankara hava limanına eniş edib.
Xatırladaq ki, daha öncə Zelenskinin sabah Türkiyəyə səfər edəcəyi bildirilmişdi.