Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq
Zəngəzur mis-molibden kombinatının əməkdaşlarının əksəriyyəti işə qayıtmağa hazırdır.
Yenixeber.org xəbər verir ki, bu barədə kombinatın mətbuat xidmətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, tətil edənlərin bəzilərinin şirkətə heç bir aidiyyəti olmadığı, şirkətin tərkibində olmadığı barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.
"Şirkət hesab edir ki, bir qrup şəxs strateji əhəmiyyətli təşkilatın işini daim pozmaq imkanına malik olmamalıdır. Bununla da minlərlə əməkdaşa əhəmiyyətli maddi ziyan vurur", - bəyanatda qeyd olunub.
Şirkət öz əməkdaşlarının təhlükəsizliyini, eləcə də istehsal obyektlərinin və əmlakın qorunmasını təmin etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcək.
İstehsalın bərpasından sonra Zəngəzur mis-molibden kombinatının əməkdaşların maaşlarının dəyişdirilməsi məsələsini araşdıracaq xüsusi komissiya yaratmaq niyyətindədir.
Yanvarın sonundan etibarən kombinatın əməkdaşları tətil edirlər. Onlar maaşların 50 % artırılmasını tələb edirlər, rəhbərlik isə bunu qəbuledilməz hesab edir.