Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi- FOTO

 

“Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm”.

Yenixeber.org xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.

“Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”, – deyə N.Rəcəbova qeyd edib.

Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam