"... İltiham Əlizadə vəkil deyil, dələduzdur"-İTTİHAM
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirqasımov küçəsi ev 22-də yaşayan Rəhimova Göyçək Aslan qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində bir vəkil tərəfindən aldadılaraq maddi zərərə uğradığını və hüquq-mühafizə orqanlarında qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:
"Çox hörmətli Mehriban xanım!
xususi mülkiyyətimizdə olan Akademik Mirqasımov küçəsi 22-i saylı evin zirzəmisinin (2000-ci ildə anam Hacıyeva Zümrüd Əhmədovna tərəfindən qazdırılaraq küçəyə qapı qoyulmuşdur) qanunsuz olaraq saxta sənədlə başqa şəxsin mülkiyyətinə verildiyinə görə məhkəmə çəkişməsinə vəkilə ehtiyac olduğuna görə İsmayılov Tahir İsrafil oğlunun vasitəsi ilə Zığ Yolu ev 26 mənzil 94 ünvanında vəkillik fəaliyyəti göstərən Əlizadə İltiham İsmayıl oğlu ilə 2013-cü ildə hüquq xidməti haqqında müqavilə bağlamışıq. Müxtəlif vaxtlarda ona 1000 (min) manat rəsmi 6500 (altı min beş yüz) manat isə qeyri rəsmi pul vermişəm.Qeyri rəsmi verdiyim pulları verəndə Tahir İsmayılov şahidim olub. İltiham Əlizadə hər dəfə mənə deyirdi ki, "nə qədər sən haqlı olsan da Azərbaycan məhkəmələri qara bazar kimi işləyirlər. Kim rüşvət verirsə qərarlar da onun xeyrinə verilir". O əvvəlcə Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sonra isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nürməmmədovun pul istədiklərini dedi. Bu pulun müqabilində bu məhkəmə hakimləri qərarlarını mənim xeyrimə verəcəklərini dedi və mən onun istədiyi bu pulu borc alaraq vermişəm. Amma İltiham Əlizadə sonda məlum oldu ki, vəkil deyil dələduzdur. O məndən bu qədər pul alsa da heç bir dəfə də olsun məhkləmə iclaslarında iştirak etmədi. Ona görədə mən bu məhkəmə çəkişməsinin hamısında uduzmuşam.
İltiham Əlizadənin mənə qarşı etdiyi bu dələduzlğu ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət etdim. Müraciətim Xətai Prokurorluğuna göndərildi. Xətai rayon Prokurorluğu CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açaraq ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə işi göndərdi Xətai rayon Polis idarəsinə. Xətai rayon Polis İdarəsində araşdırılması üçün istintaq materialları ilə iş müstəntiq polis kapitanı Tofiq Namazova həvalə olunsa da, o araşdırmanı düzgün aparmamışdır. Nəticədə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmaması bəhanəsi ilə müstəntiq Tofiq Namazov tərəfindən iş dayandırılmışdır. Mənim təkrar Bakı şəhər Prokurorluğuna etdiyim şikayətdən sonra 2016-cı ilin fevral ayının 25-də cinayət işini təzələyərək icraata qəbul etmiş və istintaqı davam etdirmişdir. Lakin 25 mart 2016-cı il tarixdə o bu cinayət işinin icraatına qanunsuz olaraq xitam vermişdir. Mənim yenidən Bakı şəhər Prokurorluğuna etdiyim müraciətdən sonra prokurorun müavini baş ədliyyə müşaviri Azər Əsgərovun 14 noyabr 2016-cı il tarixli qərarı ilə müstəntiq Tofiq Namazovun qərarı ləğv edilmiş cinayət işi davam etdirilməsi üçün yenidən istintaqa qaytarılmışdır. Müstəntiq Tofiq Namazov bu cinayət işini icraata götürüb istintaqa başladığı gün yəni 23 noyabr 2016-cü il tarixdə prosedur qaydalarını pozaraq qeyri-qanuni xitam vermişdir.
Yenidən şikayətim əsasında Xətai rayon prokuroru tərəfindən 12 dekabr 2016-cı il qərarı ilə müstəntiq Tofiq Namazovun qərarı ləğv edilmiş və şikayət ərizəm (müstəntiqin dəyişilməsi haqqında) əsasın cinayət işi araşdırılması üçün polis baş leytenantı Səbuhi Mehbalıyevə həvalə edilmişdir. Lakin Səbuhi Mehbalıyevdə heç bir istintaq aparmadan şablon formada 22 fevral 2017-ci il tarixdə bu cinayət işinə xitam vermişdir. Mənim müraciətim əsasında Xətai rayon prokurorunun 27 fevral 2017-ci il tarixli qərarı ilə Səbuhi Mehbalıyevin də qərarı ləğv edilərək istintaqın davam etdirilməsi üçün cinayət işi müstəntiq Ruslan Sadıqova həvalə edilmişdir. Müstəntiq Ruslan Sadıqovda heç bir istintaq hərəkəti aparmadan yəni cinayət işini 01 mart 2017-ci ildə qəbul etmiş, 02 mart 2017-ci il tarixdə cinayət işinə xitam vermişdir. 20 sentyabr 2017-ci il tarixdə Ruslan Sadıqovun da qərarı ləğv olunaraq yenidən istintaqa qaytarılmış və iş bu dəfə polis mayoru Samir Həsənova tapşırılmışdır. Polis mayoru Samir Həsənovda heç bir istintaq aparmadan iki gündən sonra 22 sentyabr 2017-ci ildə cinayət işinin aparılmasına xitam verib. 09 aprel 2018-ci ildə Xətai rayon Prokurorluğunun qərarı ilə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Samir Həsənovun bu qərarı ləğv edilərək yenidən istintaqa qaytarılmış və cinayət işinin istintaqı İŞ-nin baş müstəntiqi Məhəmmədli Cümşüdova həvalə edilmişdir. Bir gündən sonra müstəntiq Samir Ağayev bu işi icraata qəbul edib heç bir istintaq aparmadan 3 gündən sonra 13 aprel 2018-ci ildə xitam verdi. Mənim müraciətim əsasında Bakı şəhər Prokurorluğunun 25 sentyabr 2018-ci il tarixli qərarı ilə müstəntiq Samir Ağayevin cinayət işinə xitam verilməsi qərarı ləğv olunaraq istintaqın aparılması yenidən baş müstəntiq Məhəmmədli Cümşüdova həvalə edilmişdir. Beş gündən sonra 30 sentyabr 2018-ci il tarixdə baş müstəntiq Məhəmmədli Cümşüdovda heç bir istintaq hərəkəti aparmadan başlanmış cinayət işinə xitam vermişdir. O, hətta cinayət işinə xitam verilməsi ilə bağlı qərarı qeyri-qanuni özündə saxlayaraq 2019-cu ilin 8 yanvar tarixində mənə təqdim etmişdir.
Xətai RPİ-nin İŞ-nin apardığı 150116389 saylı cinayət işi nəzarət qaydasında tələb edilərək müəyyən olunmuşdur ki, ərizəm əsasında Xətai rayon Prokurorluğunda fakta görə Azərbaycan Respublikasını CM-nin 178.2.4 maddəsi ilə cinayət işi açılaraq istintaq olunması üçün Xətai RPİ-nin İŞ-ə göndərilmiş cinayət işi istintaq şöbəsinin müstəntiqləri Tofiq Namazov, Səbuhi Mehbalıyevin, Ruslan Sadıqovun, Samir Həsənovun, Samir Ağayevin və Məhəmmədli Cümşüdovun icraatına qəbul edilsə də, natamam istintaq aparılmış, ərizəmdə qeyd olunmuş xüsusatlar ətraflı aparılmamış, ərizəyə əlavə etdiyim fotoşəkillər, çəkiliş disklərini və telefon danışıqlarının yazıldığı diskləri məhv etməklə, şahid Sultanov Vaqif Ələddin oğlunun izahatı alınmadan üzləşmə aparılmadan qanunsuz, təkrar olaraq iş üzrə icraata xitam verilmişdir.
Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikasının CPM-nin 48-ci maddəsinin tələblərinə əməl edilməyərək icraatın tezliyi təmin olunmamış, süründürməçiliyə yol verilmiş, cinayət işi uzun müddət icraatda hərəkətsiz saxlanılmış, zəruri olan istintaq hərəkətləri yerinə yetirilməmiş, istintaq hərtərəfli və obyektiv aparılmamışdır.
İlk növbədən başlayaraq, iş üzrə göründüyü kimi Xətai RPİ-nin İŞ-nin müstəntiqi Tofiq Namazov təqsirləndirilən şəxs İltiham Əlizadə ilə əlaqəyə girərək, rüşvət bağlantıları əsasında İltiham Əlizadənin həqiqi törətdiyi dələduzluq cinayət əməlinin kənarda qalması olub. Lakin həmin faktın a.kar olunmasına yol verməmək məqsədi ilə Xətai rayon Prokurorluğu və Xətai RPİ-nin İŞ-nin müstəntiqləri Səbuhi Mehbalıyev, Ruslan Sadıqov, Samir Həsənov, Samir Ağayev və Məhəmmədəli Çümşüdov müstəntiq Tofiq Namazovun çirkin əməlləri ortaya çıxmaması üçün qanunsuz və vicdansızcasına qərarlar qəbul etmişlər. Bununlada müstəntiq Tofiq Namazovun işi üzrə saxtalığını və İltiham Əlizadənin etdiyi törətdiyi cinayəti ört-basdır ediblər.
Cinayət işinin materiallarına əsasən müəyyən edən sonuncu Ruslan Sadıqov araşdırma zamanı qanuni usullarla toplanmış cinayət işi materiallarından göründüyü kimi qeyri-qanuni olaraq şahid Sultanov Vaqif Ələddin oğlunu dindirməmiş, telefon danışıqlarını və təqdim etdiyim videoçəkilişin disklərini subut kimi qəbul etməmiş umumiyyətlə məhv etməklə cinayət icraatının prinsiplərinə əməl etməmiş, subut etməyə dair Azərbaycan Respublikasının CPM-nin 138 maddəsini pozmuşdur.
Eyni zamanda istintaqın gedişatı zamanı müstəntiq Tofiq Namazov İltiham Əlizadədən 20000 (iki min) manat alaraq mənə vermişdir. Əgər İltiham Əlizadə dələduzluq yolu ilə məndən pul almayıbsa bu pulu niyə qaytarırdı? Hətta müstəntiq Tofiq Namazov bu pulu mənə verdikdən sonra şahid Vaqif Sultanovun yanında məni məcbur etdi ki mən İltiham Əlizadəninin məndən dələduzluq yolu ilə aldığı 7500 (yeddi min beş yüz) manat puldan 2000 (iki min) manatını götürdüyümü və İltiham Əlizadəyə heç bir tələbim olmadığı barədə ərizə yazım. Mən həmin ərizəni imzamın əsli ilə yox başqa forması ilə etmişəm. Bunu edəndə mən müstəntiq Tofiq Namazovun qarşılıqlı bağlantılar əsasında vəkil İltiham Əlizadənin etdiyi cinayətini ört-basdır etməsini aşkar etmək üçün nəzərdə tutmuşam. Onun məqsədi mənim Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Prokurorluğuna etdiyim şikayətləri bağlamaq olub. Bütün bunlarda subut edir ki, Xətai RPİ-nin müstəntiqi Tofiq Namazov bu hərəkətləri ilə öz üzərinə düşən vəzifəni görmək əvəzinə apardığı istintaq işində ciddi-cəhdlə törənmiş cinayəti ört-basdır edib. Baş müstəntiq Məhəmmədəli Cümşüdov isə istintaq zamanı alınmış izahatlarda ciddi ziddiyətlərə aydınlıq gətirməyib edilmiş qanunsuzluqları görsə də əhəmiyyət verməyərək heç bir tədbir görməyib.
Eyni zamanda zərərçəkmiş şəxs kimi mən ərizəmdə hüquqi yardım göstərilməsi üçün vəkil İltiham Əlizadə ilə rəsmi müqavilə bağladığımı 1000 (min) manat pul verib qəbz aldığımı sonrakı proseslərdə onun mənə müxtəlif vaxtlarda zəng edərək məhkəmə orqanlarına pul vermək lazım olduğunu və bu pulu aldığını lakin məhkəmə iclaslarının sonunda mənim hüquqlarımın əlehinə qərarlar verildiyini gördükdə İltiham Əlizadənin məni aldatdığını başa düşdüyümü göstərmişəm.
Hörmətli Mehriban xanım!
Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Xətai RPİ-nin İş-nin 30 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilərək, yenidən istintaqa qaytarılması üçün Xətai rayon Məhkəməsinə müraciət etmişəm və hal-hazırda bu müraciətim icraatdadır 25 aprel 2019-cu uldə məhkəmə iclası keçiriləcək. Xahiş edirəm bu məhkəmənin obyektiv və ədalətli qərar verməsinə köməklik göstərəsiniz".
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.