Ərdoğan: Beynəlxalq təhlükəsizlik nizamında ciddi hadisələr baş verir
Beynəlxalq təhlükəsizlik nizamında ciddi hadisələr baş verir.
Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardin vilayətində çıxışı zamanı deyib.
O bildirib ki, regionda ciddi proseslər müşahidə edilir:
"Belə bir zamanda Türkiyənin təhlükəsizliyinin təmin olunması üçün çalışırıq. Atdığımız addımların uzun perspektiv üçün nəticələrini gözləyirik".
Ərdoğan söyləyib ki, Türkiyə həmişə Suriyanın və Suriya xalqının yanında olub.