Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM sədri: Məktəbi bitirən kimi dərhal əmək bazarına gedən şəxslər hələ də var

 

Təhsilini 9 və ya 11-ci sinifdə bitirəndən sonra heç bir orta, yaxud ali təhsil almadan birbaşa əmək bazarına gedən şəxslər var.

Yenixeber.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici ildən-ilə azalsa da, hələ də belə şəxslər var:

"Məktəblər bizə müraciət edə bilər və biz də 14-15 yaşlı şagirdlərə məsləhət verə bilərik ki, hansı istiqamətdə təhsillərini davam etdirsələr, yaxşı nəticə əldə bilərlər".

DİM sədri bildirib ki, bu gün abituriyentlər ixtisas seçəndə nə əmək bazarının tələbatını, nə dünyada gələcəkdə hansı ixtisaslara tələb olunmasını düşünürlər:

"İxtisas seçimində əsasən ətrafdakı insanların fikirlərinə önəm verilir. Yaxud da dəbdə olan, eləcə də əməkhaqqı çox olan sahə seçilir. Misal olaraq, informasiya texnologiyaları ixtisası daha çox seçilir, nəinki tibb və ya hüquqşünaslıq. Bu da son 10 ildə İT üzrə əməkhaqqının yüksək olması ilə əlaqəlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam