Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər”. 

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

“Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

Bu dəyişiklik, eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər”.

Parlamentarinin sözlərinə görə, sözügedən dəyişikliyin növbəti aydan qüvvəyə minəcəyi gözlənilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam