Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi

 

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsi davam edir.

Yenixeber.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Rasim İldırımın vəkili ibtidai istintaq hərəkətlərinin aparılmasından narazı olub.

Müdafiəçi işin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edib.

Xatırladaq ki, ötən iclasda zərərçəkmiş tərəfin vəkili təqsirləndirilən şəxsin həbsini istəmişdi. Bu dəfə vəkil Sadiq Rəsulov həmin vəsatətini əsaslandırıb. Deyib ki, bu, şəxslərin dələduzluqla bağlı birinci işi deyil. Bu səbəbdən də məhkəmədən gizlənmə ehtimalları yüksəkdir. Dəymiş ziyan da tam ödənilmədiyindən seçilmiş qətimkan tədbiri həbslə əvəzlənməlidir.

Prokuror bu məsələni məhkəmənin mülahizəsinə buraxsa da, müdafiə tərəfi etiraz edib.

Rasim İldırımın vəkili deyib ki, müvəkkilinin məhkəmədən gizlənmək niyyəti yoxdur, ziyanı da yavaş-yavaş ödəyir.

Rasim İldırım elə bu gün məhkəməyə cibində 20 min manatla gəlib. O, həmin məbləği zərərçəkmişə dəymiş ziyanı ödəmək üçün gətirib. 

Məhkəmə qaldırılan vəsatətlərlə bağlı qərarı növbəti iclasa saxlayıb.

R. İldırım, Z. Mirzəzadə və Q.Məmmədov biznesmen Qurban Piriyevə rayonların birinə icra başçısı təyin ediləcəyi vədi verərək, onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər. 

Onlar əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam